📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan neftinin qiyməti 77 dollara düşdü

2026-07-11 14:25:03

Azərbaycan neftinin qiyməti 77 dollara düşdü

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiymətində azalma qeydə alınıb.

Modern.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,5 faiz enərək 77,91 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta satış qiyməti bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Xatırladaq ki, "Azeri Light" neftinin tarixi minimum qiyməti 2020-ci il aprelin 21-də 15,81 ABŞ dolları, maksimum qiyməti isə 2008-ci ilin iyulunda 149,66 ABŞ dolları olub.