📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan neftinin satış qiyməti açıqlandı

2026-06-03 10:21:03

Azərbaycan neftinin satış qiyməti açıqlandı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.

"AzPolitika"nın məlumatına görə, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2.9 ABŞ dolları və ya 2,77% azalaraq 101.68 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 104.58 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.