📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO

2026-06-06 14:14:10

Azərbaycan Ordusunun hərbçisi həlak oldu - FOTO

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

Hurriyyet.info "Oxu.az"a istinadən xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib. 

Onun ailəli olduğu bildirilir, övladı olmayıb.