📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan ötən il xaricdən 234 milyon dollar borc alıb

2026-06-09 10:16:13

Azərbaycan ötən il xaricdən 234 milyon dollar borc alıb

2025-ci il üzrə Azərbaycan üç yeni kredit sazişi üzrə ümumilikdə 233,8 milyon ABŞ dolları ekvivalentində (təsdiq olunduğu günə olan məzənnəyə uyğun, 397,5 milyon manat) xarici dövlət borcalmaları həyata keçirib.

"Report" xəbər verir ki, bu barədə "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilir.

Bundan başqa, il ərzində "Azərenerji" ASC-yə 173,5 milyon ABŞ dolları (295 milyon manat ekvivalentində) məbləğində dövlət zəmanəti verilib.