📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

2026-06-03 19:29:39

Azərbaycan və Aİ Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini yekunlaşdırıb

Azərbaycan və Avropa İttifaqı arasında yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edilib.

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin sosial şəbəkə hesabında məlumat verilib.

“Tərəfdaşlığımızın 30 illiyini qeyd etdiyimiz vaxtda Aİ və Azərbaycan Tərəfdaşlıq Prioritetləri sənədinin mətnini ilkin olaraq yekunlaşdırdı və yeni ikitərəfli saziş üzrə danışıqlar rəsmi şəkildə bərpa edildi.

Bizim əsas fokusumuz daha güclü dialoq, bağlantı və iqtisadi əməkdaşlıqdır”, - məlumatda qeyd olunub.