📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB

2026-07-21 14:33:22

Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü başa çatdı - YENİLƏNİB

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü başa çatıb.

Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşmək üçün Berlindəki "Villa Borsig" iqamətgahına gəlib.

Hurriyyet.info  xəbər verir ki, dövlət başçısını Almaniya Prezidenti qarşılayıb.

Prezident İlham Əliyev burada xatirə kitabını imzalayıb.

Hazırda Azərbaycan və Almaniya prezidentlərinin təkbətək görüşü keçirilir.