📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 1,4 milyon manatlıq əmlaka həbs qoyulub

2026-07-16 20:12:48

Azərbaycanda 1,4 milyon manatlıq əmlaka həbs qoyulub

Bu ilin birinci yarımilində ibtidai istintaqı başa çatdırılmış və maddi ziyanla əlaqədar olan cinayət işləri üzrə özgə əmlakına vurulmuş 3 milyon 836 min 191 manat ziyanın ödənilməsi təmin olunub.

Modern.az xəbər verir ki, bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində əməliyyat müşavirəsində bildirilib.

Bundan başqa, vurulmuş maddi ziyanın ödənilməsinin təmin edilməsi məqsədilə 4 cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus ümumilikdə 1 milyon 412 min 345 manat dəyərində əmlak üzərinə həbs qoyulub.