Azərbaycanda 4 sığorta agentinin lisenziyası ləğv edilib
2023-10-10 23:02:30
Azərbaycan Mərkəzi Bankı (AMB) 4 fiziki şəxsə verdiyi sığorta agenti lisenziyalarını ləğv edib.
Hurriyyet.Az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Bildirilir ki, lisenziyalar könüllü müraciət əsasında ləğv olunub. Bu qərar oktyabrın 4-də “Sığorta fəaliyyəti haqqında” qanuna uyğun olaraq qəbul edilib.