📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda 5 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 14 milyon manatdan çox ƏDV geri qaytarılıb

2026-06-08 10:35:22

Azərbaycanda 5 ayda nağdsız qaydada daşınmaz əmlak alanlara 14 milyon manatdan çox ƏDV geri qaytarılıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 14 milyon 175 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.

Hurriyyet.info  bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, Azərbaycanda bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı layihə uğurla davam etdirilib.