📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda bu şəxslərə birotaqlı mənzillər verilə bilər

2023-11-16 19:10:32

Azərbaycanda bu şəxslərə birotaqlı mənzillər verilə bilər

Hər iki valideynini itirən, qalmağa heç bir yeri və kimsəsi olmayanlara növbədənkənar bir otaqlı mənzillə təmin olunması təklif edilib.

Hurriyyet.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı İlham Məmmədov Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında çıxış edib.

Deputat bildirib ki, bu cür şəxslərin sayı ölkədə çox az saydadır: "Rüfət Mehdiyev adlı gənc müharibədə döyüşüb və kimsəsi yoxdur. Həmin şəxsin də bu siyahıda olmasını çox istəyərdim".