Azərbaycanda əhalinin gəlirləri ARTIB - RƏSMİ
2026-07-21 12:10:45
Azərbaycanda əhalinin gəlirləri artıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata görə, bu ilin yanvar-iyun aylarında ölkə əhalisinin nominal gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 10.3% artaraq 47 milyard 309 milyon manata çatıb.
Məlumata əsasən, hər nəfərə düşən ortaaylıq gəlir 767.9 manat olub.
Bildirilib ki, əhalinin sərəncamında qalan gəlirləri isə 41 milyard 768.2 milyon manat təşkil edib.