📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda güclü zəlzələ baş verə bilərmi? - RƏSMİ CAVAB

2023-09-13 20:46:01

Azərbaycanda güclü zəlzələ baş verə bilərmi? - RƏSMİ CAVAB

Dünyada hər il təxminən 500 min zəlzələ baş verir ki, bunların da yalnız beş biri hiss olunur. Təxminən 100-ü dağıntılara səbəb olur.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli real tv-yə bildirib ki, zəlzələnin mərkəzi məhz süxurların ilk parçalanma yeridir:

"Mərkəzdə titrəyiş həmişə qısamüddətli olur və daha sonra ətrafa yayılır.

Azərbaycanda güclü zəlzələ aktivliyi yoxdur. İlin əvvəlindən indiyənə kimi götürsək 57 maqnitudası 3-dən yuxarı yeraltı təkanlar olub. Bunlardan da 27 təkan hiss olunub. Bunlar dağıdıcı gücə malik zələlər deyil”.