Azərbaycanda ilin ilk 6 ayında istehsalat qəzalarında 344 nəfər zərər çəkib
2026-07-07 19:08:01
2026-cı ilin I yarımili ərzində istehsalatda 311 bədbəxt hadisə üzrə təhqiqat aparılıb.
Bu barədə "Report"un sorğusuna cavab olaraq Dövlət Əmək Müfəttişliyi Xidmətindən bildirilib.
Həmin hadisələr nəticəsində ümumilikdə 344 nəfər zərərçəkmiş şəxs qeydə alınıb.
Bu dövrdə bədbəxt hadisələrin ən çox qeydə alındığı tikinti və emal sənayesi olub.