📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda su qıtlığı daha da artacaq

2023-03-06 12:30:00

Azərbaycanda su qıtlığı daha da artacaq

 

"Azərbaycanda su qıtlığı getdikcə daha da artacaq".

Hurriyyet.az xəbər verir ki, bunu AMEA-nın vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının Bakıda keçirilən səkkizinci iclasında deyib.

Onun sözlərinə görə, su qıtlığı biomüxtəlifliyin qorunmasına öz mənfi təsirini göstərir: "Hər il artan səhralaşma böyük narahatlıq doğurur. Bunun üçün müvafiq tədbirlər həyata keçirilir: "Hesab edirəm ki, aidiyyəti qurumlar su qıtlığı ilə mübarizədə qüvvələrini birləşdirməli, Azərbaycan təbiətinin biomüxtəlifliyinin qorunması üçün çalışmalıdır”.