📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda tanınmış axund işdən çıxarıldı

2023-05-05 19:11:00

Azərbaycanda tanınmış axund işdən çıxarıldı

Xırdalanın axundu işdən çıxarılıb.

Hurriyyet.Az lent.az-a istinadən xəbər verir ki, Xırdalan cümə məscidinin axundu Azər Sani bu gün sonuncu cümə namazını qılıb.

O, namazdan sonra elan edib ki, bu gündıən sonra Xırdalan məscidində axund kimi namaz qılmayacaq.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tanınmış axund Azər Saninin işdən çıxarılmasını təsdiqləyib. Bildirilib ki, Abşeron rayonu, Xırdalan şəhər məscidinin imamı Qafarov Azər Vaqif oğlu öz ərizəsi ilə imam vəzifəsindən azad olunub.

Qeyd edək ki, Azər Sani Xırdalan və ətraf ərazilərdə tanınmış din xadimidir.