📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda Vatsap hesabları bağlanır

2023-08-18 15:10:00

Azərbaycanda Vatsap hesabları bağlanır

Azərbaycanda Vatsap hesabları bağlanıb.

Hurriyyet.az xəbər verir ki, bunu İT mütəxəssisi Fərid Pərdəşünas sosial şəbəkə hesabında yazıb.

“Azərbaycanda kütləvi şəkildə Vatsap hesabları bağlanır və bloka düşür. Hesabları açmaq üçün kodlar nömrəyə gəlmir. İkimərhələli təsdiqləmə işləmir. Hazırda problemin təkcə Azərbaycanda olduğunu düşünürəm. Çünki qlobalda bu haqda xəbərlər yoxdur. Vatsap ilə əlaqədəyik, lakin normal açıqlama vermirlər. Nə isə baş verir. Təcili məsələ araşdırılmalıdır” - deyə F.Pərdəşünas qeyd edib.