📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yenə zəlzələ oldu

2023-11-17 09:00:33

Azərbaycanda yenə zəlzələ oldu

İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub”, – Mərkəzin mətbuat xidməti diqqətə çatdırıb.