📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq

2026-05-25 19:27:39

Azərbaycanda yeni bitki yağı emalı zavodları yaradılacaq

2026-2030-cu illərdə Azərbaycanda bitki yağlarının istehsalı klasterinin formalaşdırılmasının təşviqi nəzərdə tutulub.

Bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.

Sənədə əsasən, bitki yağları istehsalının artırılması üçün bitkiçilik sahəsinin dəstəklənməsi, investisiyaların cəlb edilməsi üçün təşviq mexanizminin tətbiq edilməsi planlaşdırılır.

Eyni zamanda azı 2 bitki yağı emalı zavodunun yaradılması hədəflənir.