Azərbaycanın basketbol millisi bu gün İrlandiya ilə üz-üzə gələcək
2026-07-05 12:12:49
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində bu gün sonuncu oyununa çıxacaq.
Hurriyyet.info -nun məlumatına görə, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv VI turda İrlandiya seçməsini qəbul edəcək.
Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında baş tutacaq.
Xatırladaq ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Lider Şimali Makedoniyanın 10, ikinci sıradakı Lüksemburqun 7, dördüncü yerdəki İrlandiyanın 6 xalı var.