Azərbaycanın bu ölkə ilə əməkdaşlığı genişlənir
2026-07-08 14:31:48
“Azərbaycan və İordaniya bir çox sahədə əməkdaşlıq edəcək”.
Hurriyyet.info xəbər verir ki, bu fikirləri İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi Bakıda keçirilən brifinqdə bildirib.
“O ki qaldı İordaniyanın Qarabağ və Şərqi Zəngəzura investisiya etməsi məsələsinə, biz hər bir imkanı dəyərləndirməyə hazırıq”, - deyə o qeyd edib.