📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların son vəziyyəti açıqlanıb

2023-01-30 15:47:00

Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı yaralananların son vəziyyəti açıqlanıb

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum zamanı yaralanmış hər iki əməkdaş həkim nəzarəti altındadır”.

Hurriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, yaralıların vəziyyəti yaxşıdır, durumları stabildir.

Qeyd edək ki, yanvarın 27-də Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum olub. Terror aktı nəticəsində səfirliyin mühafizəsini təşkil edən baş leytenant Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin iki əməkdaşı xəsarət alıb.

Ötən gün şəhid Orxan Əsgərovun cənazəsi, yaralılar və səfirlik əməkdaşları, onların ailə üzvləri Azərbaycan dövləti tərəfindən ayrılmış təyyarə ilə İrandan Azərbaycan təxliyə olunular.