📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub - YENİLƏNİB

2026-05-25 16:12:42

Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub - YENİLƏNİB

İranda baş verən avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov dəfn edilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, R.İmranovun nəşi Alxasava kənd qəbiristanlığında torpağa tapşırılıb.

Göyçay rayonunun Alxasava kəndində mayın 23-də İranda avtomobil qəzasında həlak olan Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranovla vida mərasimi keçirilib.

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, vida mərasimində xarici işlər nazirinin müavini Samir Şərifov, rayon rəsmiləri, Xarici İşlər Nazirliyinin (XİN) əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, R.İmranov iki gün əvvəl Culfa-Təbriz avtomagistralının Mərənd qəsəbəsi yaxınlığında xidməti fəaliyyətini həyata keçirərkən idarə etdiyi avtomobillə düşdüyü qəza nəticəsində həlak olub.