📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar

2026-07-05 12:44:15

Azərbaycanlı deputatlar ATƏT PA-nın illik sessiyasına qatılıblar

Azərbaycanın deputatları Qaya Məmmədov, Azay Quliyev, Sevinc Fətəliyeva və Tural Gəncəliyev ATƏT Parlament Assambleyasının (PA) illik sessiyasına qatılıblar.

Hurriyyet.info  xəbər verir ki, bu barədə Q. Məmmədov "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"2026-cı il 4–8 iyul tarixlərində Niderlandın Haaqa şəhərində keçirilən ATƏT Parlament Assambleyasının İllik Sessiyasında iştirak edirəm", - o bildirib.

Q. Məmmədov vurğulayıb ki, onları Azərbaycanın ATƏT yanındakı Daimi Nümayəndəsi, səfir Rövşən Sadıqbəyli və Niderland Krallığındakı səfir Məmməd Əhmədzadə müşayiət edib:

"Sessiyada Avropada sülh, təhlükəsizlik və əməkdaşlığa həsr olunmuş plenar iclaslar və komitə iclasları keçirilir. Həmin mövzulara dair müvafiq sənədlərin qəbul edilməsi gözlənilir. Azərbaycan nümayəndə heyəti sessiyanın işində fəal iştirak edir".