📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycanlı tələbədən nə xəbər var?

2023-04-17 17:16:00

Azərbaycanlı tələbədən nə xəbər var?

İranda itkin düşən azərbaycanlı tələbədən hələ də məlumat yoxdur.

Hurriyyet.az Trend-ə istinadla xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

"Hazırda bu məsələ araşdırılır. Son durumla bağlı məlumat yoxdur", - deyə o qeyd edib.

Xatırladaq ki, Almaniyanın Yena Universitetinin tələbəsi 1997-ci il təvəllüdlü Fərid Qabil oğlu Səfərli bu il fevralın 20-də İrana səfər edib. Martın 4-dən bəri isə ondan xəbər almaq mümkün olmayıb. Məlumata aydınlıq gətirilməsi məqsədilə Xarici İşlər Nazirliyi müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlayıb.