“Azəriqaz” MƏLUMAT YAYDI - 5 may saat 11:00-da...
2023-05-04 14:33:00
SOCAR “Azəriqaz” İB-də media və QHT nümayəndələri ilə növbəti görüş keçiriləcək.
Hurriyyet.az xəbər verir ki, “Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 5 may saat 11:00-da başlayacaq. Aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.
Vətəndaşların sualları da canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.
