📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Azərişıq” yeni sərhəd-buraxılış məntəqəsini işıqla təmin etdi - Video

2023-04-24 09:16:00

“Azərişıq” yeni sərhəd-buraxılış məntəqəsini işıqla təmin etdi - Video

Yeni sərhəd-buraxılış məntəqəsi işıqlandırılıb.

Bu barədə Azərişıq” ASC-dən deyilib.

Bildirilib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında qurulan sərhəd-buraxılış məntəqəsi "Azərişıq" ASC tərəfindən elektrik enerjisi ilə təmin olunub.

Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq işğaldan azad olunmuş ərazilərdə strateji əhəmiyyətli obyektlər, hərbi hissələr və sərhəd zastavaları fasiləsiz elektrik enerjisi ilə təchiz edilib.