“Azəristiliktəchizat” ASC rəhbərliyinə Nizami sakinlərindən MİNNƏTDARLIQ!
Nizami rayonu, Qara Qarayevv prospekti, ev 51/57-nin sakinləri tərəfindən “Hürriyyət”in redaksiyasına müraciət daxil olub.
Hurriyyet.az xəbər verir ki, sakinlər adından müraciət edən “Nizami 14” MMMC-nin sədri Ülviyyə Şükürova saytımız vasitəsilə “Azəristiliktəchizat” ASC-nin rəhbərliyinə, şəxsən qurumun sədri İlham Mirzəliyevə bina sakinlərinin minnətdarlığını çatdırmağı xahiş edib.
“Qış mövsümü özü ilə bərabər mənzillərin qızdırılması problemini gətirir. Sakinlər daha çox mənzillərə verilən istiliyin yetərli olmamasından şikayətçidir. Hərçənd, burada vəziyyətin bir az fərqli olduğunu düşünməyə əsas var. “Azəristiliktəchizat” rəhbərliyi iki il ərzində prblemləri həll etməyə yönəlik işləri artırıb. Düşünürük ki, problemlərin daha effektiv şəkildə həllini tapması üçün “Azəristiliktəchizat”la əhali koordinasiyalı şəkildə məsələləri birgə yoluna qoymağa doğru səylərini artırmalıdırlar. Belə problemlərdən biri Nizami rayonu, Qara Qarayev prospekti 51/57 ünvanındakı mənzillərdə mövcud idi. “Azəristiliktəchizat”ın rəhbərliyinin müdaxiləsi ilə problem yoluna qoyuldu. Buna görə, qurumun rəhbərliyinə, şəxsən sədr İlham Mirzəliyevə, “Azəristiliktəchizat”ın dispetçer xidmətinin rəhbəri Tağı Vəliyevə, 233 saylı Qazanxananın sahə rəisi Şahin Əliyevə və qazanxananın çilingəri Aqil Quliyevə təşəkkürümüzü bildiririk”, - deyə Ü.Şükürova bildirib.
Hurriyyet.az