📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Aztelekom"dan FETÖ əməliyyatı ilə bağlı AÇIQLAMA - VİDEO

2023-08-09 19:34:00

Xəbər verdiyimiz kimi, bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tabeliyində olan "Aztelekom" telekommunikasiya şirkəti FETÖ əməliyyatı keçirildiyi ilə bağlı məlumat yayılıb. Gununsesi.info iddia edilir ki, Aztelekom-da iki şəxsi həbs edilib. Onların FETÖ-çu olduğu ehtimal edilir. Həmin şəxslərə rəsmi ittihamın nədən ibarət olması bilinmir.

Məsələyə aydınlıq gətirmək üçün, "Aztelekom"la əlaqə saxladıq. “Aztelekom” MMC-nin İctimaiyyətlə əlaqələr üzrə meneceri Alidə Mustafayeva News24.az-a açıqlamasında bildirdi ki, bu barədə heç kimə açıqlama verilməyib:

"Bu barədə heç bir media qurumuna açıqlama verməmişik. Rəsmi sorğu göndərin".