📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu başlayır

2023-07-29 20:34:00

Bağça müdiri olmaq istəyənlərin NƏZƏRİNƏ: sənəd qəbulu başlayır

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.

Bu barədə Hurriyyet.az-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən bildirilib.

Müsabiqənin elektron sənəd qəbulu mərhələsi 31 iyul - 7 avqust tarixlərini əhatə edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər 31 iyul saat 11:00-dan 7 avqust saat 11:00-dək //miq.edu.az/direktorlar/ linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.

Qeyd edək ki, müsabiqədə məktəbəqədər təhsil və ya pedaqoji sahə üzrə ali təhsili, məktəbəqədər təhsil müəssisəsində 3 ildən az olmayaraq pedaqoji stajı olan şəxslər iştirak edə bilərlər. Müsabiqəyə ilk növbədə dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslər buraxılacaq.