📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı 20 dəqiqəlik şəhərə çevriləcək - Nazirdən açıqlama

2026-05-19 19:11:46

Bakı 20 dəqiqəlik şəhərə çevriləcək - Nazirdən açıqlama

Yeganə ambisiyalarımız Bakını 20 dəqiqəlik şəhərə çevirməkdir.

Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Bağlantının mərkəzində şəhərlər: şəhər yenidənqurması və regional əməkdaşlıq" mövzusunda tədbirdə bildirib.

"Əvvəl qeyd etdiyim kimi, hər bir nöqtəyə 20 dəqiqə ərzində çatmaq. Bu gün üçün, demək olar ki, hər gün səyahət çətinlikləri ilə üzləşən sizlər üçün bu o qədər də real görünməyə bilər, lakin biz bu hekayəyə inanırıq, bu istiqamətdə irəliləyirik. Buna necə nail olacağıq? 2030-cu ilə qədər təxminən 10 milyard ABŞ dolları investisiya qoyulacaq. Əlavə olaraq 10 metro stansiyası tikəcəyik. Nəzərə alsanız ki, bu gün cəmi 26 stansiyamız var, bu, əslində metro stansiyalarının sayında təxminən 50 % artım deməkdir", - deyə o bildirib.