📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı dənizsiz qalır: Xəzərlə bağlı qorxulu ssenari

2026-07-17 22:15:59

Bakı dənizsiz qalır: Xəzərlə bağlı qorxulu ssenari

Xəzər dənizinin gələcəyi ilə bağlı açıqlanan yeni proqnozlar narahatlıq doğurur.

Hurriyyet.info xəbər verir ki, müxtəlif hesablamalara görə, əsrin sonuna qədər Xəzər dənizinin səviyyəsi 9-18 metr enə bilər.

Hətta ən optimist ssenariyə əsasən belə, Xəzər hövzəsinin şimal və şərq hissələrində dəniz sahili yüzlərlə kilometr geri çəkiləcək.

Proqnozlara görə, Bakı artıq sahilyanı şəhər olmayacaq. Türkmənistandakı nəhəng Qaraboğazgöl körfəzi tamamilə quruyacaq.

Bununla yanaşı, İran sahilləri və Qafqaz dağları boyunca uzanan sahil zolağının böyük hissəsinin bu prosesdən nisbətən az təsirlənəcəyi bildirilir.