📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

2023-09-18 20:47:19

“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib

“Bakı Kristal Zalı” İqtisadiyyat Nazirliyinin tabeliyinə verilib.

Hurriyyet.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, “İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda dəyişiklik edilib və Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC sözügedən siyahıya əlavə edilib.
Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Burada ilk dəfə “Eurovision” mahnı yarışması keçirilib.