Bakı məscidlərində bayram namazı qılındı - Fotolar
2023-04-21 09:12:00
Azərbaycanda Ramazan ayının başa çatması münasibətilə bütün məscidlərdə bayram namazı qılınıb.
Paytaxtda “Göy məscid”də bayram namazı saat 08:00-da qılınıb. “Təzə Pir” məscidində isə bayram namazı Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadənin imamətliyi ilə saat 09:00-da qılınıb.
Qeyd edək ki, bu il Azərbaycanda Ramazan ayı martın 23-də başlayıb. Şəvval ayının 1-i (aprelin 21-i) Fitr (Ramazan) bayramıdır. Aprelin 21-i və 22-si Azərbaycanda Ramazan bayramı qeyd edilir.
“Qafqazinfo”nun fotoqrafları Müzəffər İsmayılov və Pərvin Zeynalın “Göy məscid” və “Təzə Pir” məscidində bayram namazından çəkdikləri görüntüləri təqdim edirik:






















