Bakı metrosunda COVİD-19-dan sonra ilk
2023-08-25 16:03:37
Bakı Metropoliteni QSC COVİD-19 pandemiyasından sonra ilk dəfə ənənəvi qış rejimi qrafiki tətbiq edəcək.
Hurriyyet.az Report-a istinadən xəbər verir ki, bu barədə səhmdar cəmiyyətinin sədr müavini Hidayət Məmmədov bildirib.
"Yeni qrafikə sentyabrın 15-dən keçiləcək. Pik saatlarda “Həzi Aslanov” - ”28 May” sahəsində qatarlar arasında interval 2 dəqiqəyə endiriləcək. Digər sahələrdə isə günün saatından asılı olaraq interval 4 dəqiqəyə qədər olacaq", - deyə o qeyd edib.