📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

2023-10-07 20:47:58

Bakı-Sumqayıt şosesində avtobus zolağı təşkil edilir

Bakı-Sumqayıt şosesində (Xırdalan dairəsindən Bakı Beynəlxalq Avtovağzal Kompleksi) avtobus zolağı təşkil edilir.
Bu barədə Hurriyyet.Az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Həmin yol sahəsində avtobus zolağının tələbinə uyğun üfüqi nişanlanma xətləri çəkilir və yol nişanları quraşdırılır.

Qeyd olunan yol sahəsindən gün ərzində ümumilikdə 37 müntəzəm marşrut xətti fəaliyyət göstərir. Zolağın tələbinə əməl etməklə 140.000-ə yaxın ictimai nəqliyyat istifadəçisinin rahat, maneəsiz

və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait yaradılacaq.