📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

2026-07-09 11:32:17

Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.

"Report" bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.

Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.

Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.