📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 150-dən çox bina söküləcək - Yeni metro, tramvay... - Video

2023-10-07 11:30:36

Bakıda 150-dən çox bina söküləcək - Yeni metro, tramvay... - Video

Paytaxt ərazisində 150-yə yaxın binanın sökülməsi nəzərdə tutulub.

Hurriyyet.az Xəzər TV-yə istinadla xəbər verir ki, bəzi ərazilərdə ucuz nə torpaq sahəsi, nə də fərdi yaşayış evi tapmaq mümkün olacaq.

Bakının yeni baş planına əsasən, ərazinin zonalaşdırılası, yeni mühəndis kommunikasiya sistemləri, nəqliyat infrastrukturunun yenilənməsi kimi mühüm dəyişikliklər nəzərdə tutulub.

Əmlakçı Mülkədar Rüstəmov bildirib ki, bəzi ərazilərdə bu dəyişikliklərin həyata keçirilməsi üçün bir çox yaşayış binasının sökülməsi nəzərdə tutulub.

M. Rüstəmovun sözlərinə görə, yeni baş plana əsasən paytaxtda 50 km-ə qədər tramvay xətti nəzərdə tutulub. Bundan başqa, metrostansiyalarının sayı 47-ə çatdırılacaq. Şəhərdə sıxlığın qarışını almaq üçün isə bir çox işlər görüləcək ki, onlardan biri də Lökbatan qəsəbəsində yeni avtovağzalın inşasıdır. Planın icrası yekunlaşdıqdan sonra isə bəzi ərazilərdə həm torpaq sahələrinin, həm də mənzillərin qiymətində ciddi artım gözlənilir.

Qeyd edək ki, Bakı şəhərinin Baş Planı 4 prioritet hədəf əsasında hazırlanır.