📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda 38 yaşlı qadın dənizdə batdı

2026-07-13 12:54:50

Bakıda 38 yaşlı qadın dənizdə batdı

Bakıda 38 yaşlı qadın dənizdə boğulub.

Oxu.Az-ın məlumatına görə, hadisə iyulun 11-də Xəzər rayonu, Buzovna qəsəbəsi ərazisindəki çimərlikdə baş verib. Bakı şəhər sakini 1988-ci il təvəllüdlü Zeynəb Muxtar qızı Cödel dənizdə çimərkən boğulub.

Z.Cödelin meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.