Bakıda 9 ballıq seysmik zonalar var... - EKSPERTDƏN QORXUNC PROQNOZ - VİDEO
2023-09-06 13:10:23
Ölkə ərazisindəki zəlzələ ocaqlarında aktivlik müşahidə olunur.
Hurriyyet.az Xəzər TV-yə istinadla xəbər verir ki, son vaxtlar ölkəmizdə müxtəlif maqnitudalı zəlzələlərin sayı artıb. 4-6 bal gücündə olan təkanlar müxtəlif regionlarda hiss olunmaqla yanaşı, tikililərə də zərər vurub.
Geologiya və Geofizika İnstitiunun Seysmologiya və Seysmik Təhlükə şöbəsinin müdiri Qulam Babayev deyib ki, paytaxt ərazisində də 6-9 ballıq zonalar mövcuddur.
O vurğulayıb ki, paytaxtın bəzi ərazilərində zəlzələ 9 bala qədər hiss oluna bilər. Bu da süxurların quruluşu və ocaqların dərinliyindən asılıdır. Sadaladığımız səbəblər həmin ərazilərı seysmik cəhətdən daha təhlükəli vəzıyyətə gətirir.