📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda aptekdə təhlükəli hal aradan qaldırıldı

2023-11-11 21:09:04

Bakıda aptekdə təhlükəli hal aradan qaldırıldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonunda aptek binasının damında dəmir parçasının qalması barədə məlumat daxil olub.

Nazirlikdən Hurriyyet.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən tədbirlər nəticəsində dəmir parçası müvafiq qaydada götürülərək təhlükə aradan qaldırılıb.