📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda bu işçilərin maaşları artdı

2023-06-26 13:56:00

Bakıda bu işçilərin maaşları artdı

Bu ilin yanvar-aprel aylarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 172,4 manat təşkil edib.

Bu barədə Hurriyyet.az-a Bakı şəhər Statistika İdarəsinə istinadən məlumat verilib.

Bildirilir ki, paytaxtda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 9,9 % artıb.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,8 % artaraq 913,9 manata çatıb./axar.az/