📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda daha bir maraqlı seminar baş tutdu - “Kişilər nə üçün gender bərabərliyini dəstəkləməlidirlər?" - FOTOLAR

2023-07-29 21:23:00

Bakıda daha bir maraqlı seminar baş tutdu -  “Kişilər nə üçün gender bərabərliyini dəstəkləməlidirlər?

Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondunun təşkilatçılığı və “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə 29 iyulda “Çinar Kitab Evi”nin seminar zalında “Kişilər nə üçün gender bərabərliyini dəstəkləməlidirlər?" mövzusunda seminar keçirilib.

Seminarın əsas məqsədi kişilərin cəlbi və iştirakçılığı ilə cəmiyyətdə qız uşaqlarının dəyərinin təşviq edilməsi və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların əhəmiyyətini təbliğ etməkdir.

Seminar zamanı ekspertlər - sosioloq Cavid İmamoğlu və klinik psixoloq Səyyarə Yusubova gender bərabərsizliyinin yaratdığı problemlərdən, kişilərin nə üçün gender bərabərliyini dəstəkləməli olmalarından bəhs ediblər.

Məlumat üçün bildirək ki, seminar Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən həyata keçirilən “Cənubi Qafqazda gender əsaslı cins seçimi və digər zərərli təcrübələrin aradan qaldırılması” proqramı çərçivəsində “Kişilər Gender Bərabərliyi Uğrunda – Men For Gender Equality” virtual platformasının dəstəyi ilə baş tutur.

 

Ölkə.az