📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - VİDEO

2026-05-26 12:41:30

Bakıda evin mətbəxi əşyaları ilə birlikdə kollektorun üzərinə düşdü - VİDEO

Hurriyyet.info Xəzər Tv-yə istinadən xəbər verir ki, görüntülər Xətai rayonu, Tofiq Hacıbabayev 88 ünvanındandır. Sakinlər deyirlər ki, aramsız yağışlardan sonra küçə boyu müxtəlif evlərin həyətində çökmələr əmələ gəlib. Son günlərdə isə demək olar bütün həyətlərdə dərin quyular yaranıb.

Onlar mövcud vəziyyətlə bağlı əlaqədar qurumlara da müraciət ediblər.

Məsələ ilə əlaqədar İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən bildirildi ki, kollektorun üzərində inşa edilmiş tikililərin yaratdığı yüklənmə nəticəsində şəbəkədə qəza baş verib. Su və tullantı su kollektorlarının, magistral və paylayıcı xətlərin üzərində, eləcə də onların mühafizə zolaqlarında hər hansı tikinti işlərinin aparılması qanunvericiliyə ziddir.

Məsələ ilə bağlı Bakı Sukanal İdarəsi tərəfindən əraziyə baxış keçirilib. Aidiyyəti üzrə işlərin görülməsi üçün müraciət olunub.