📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

2023-11-11 16:24:18

Bakıda güclü külək əsəcək - Xəbərdarlıq

Bakıda və Abşeron yarımadasında külək güclənəcək.

Hurriyyet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Qeyd edilib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 11-i gündüzdən 12-si axşamadək cənub küləyinin 15-18 m/s, arabir 20-23 m/s, 13-də gündüz isə şimal-qərb küləyinin arabir 18-23 m/s-dək güclənəcəyi gözlənilir.