📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda küçələrin birində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

2026-07-21 21:30:57

Bakıda küçələrin birində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILIR

İyulun 22-dən paytaxtın Nizami rayonu, Musa Əliyev küçəsinin bir hissəsində (Q.Qarayev prospektindən "8-ci km" bazarınadək) təmir işlərinə başlanılacaq.

Hurriyyet.info xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, təmir işləri müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

Sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və mümkün olduqda alternativ yollardan istifadə etmək tövsiyə olunur.