📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda orta aylıq əmək haqqı 1200 manat oldu

2023-08-16 14:09:00

Bakıda orta aylıq əmək haqqı 1200 manat oldu

Bu ilin yanvar-iyun aylarında Bakı şəhərində muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 1 177,3 manat olub.

Bu barədə Axar.az-a Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, orta aylıq nominal əmək haqqı 2022-ci ilin müvafiq dövrünə nisbətən 10,5% çoxdur.

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı il ərzində 11,5% artaraq bu ilin I yarısında 921,9 manat təşkil edib.