Bakıda sağlamlıq mərkəzinin rəhbərini öldürüb gölün kənarına atdılar
2026-07-11 21:45:11
İyulun 9-da Nərimanov rayonu A.Gəraybəyli küçəsində yerləşən “SUDU” sağlamlıq mərkəzinin rəhbəri, paytaxt sakini, 1985-ci il təvəllüdlü Babək Rəhimli baş nahiyəsinə küt alətlə vurularaq öldürülüb.
Orada işləyən Bakı şəhər sakini, 1988-ci il təvəlüldlü Natiq Fətiyev qətldə şübhəli bilinir.
Onun münaqişə zəminində B.Rəhimlini öldürüb, daha sonra meyiti Salyan rayonu Kürsəngi kəndinin ərazisində yerləşən gölün kənarına atdığı bildirilir.
N.Fətəliyev polis əməkdaşları tərəfindən tutulub.