Bakıda tən ortasında ağaclar olan yolla bağlı qurumdan AÇIQLAMA (VİDEO)
2023-11-15 00:01:45
Bakıda ağaclar yeni çəkilən yolun tən ortasında saxlanılıb.
Bu yol paytaxtın Nizami rayonunda, 8-ci kilometr qəsəbəsi, Elşən Süleymanov küçəsində çəkilib.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, çəkilən yol məhəllədaxili infrastruktur olduğundan AAYDA-nın balansında deyil.
Sakinlər ağacların saxlanılmasından narazı olmadıqlarını bildiriblər.
MTK nümayəndəsi Elşad Fətullayev isə qeyd edib ki, sözügedən yol piyadalar üçündür, maşınların keçidi üçün nəzərdə tutulmayıb.