📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Bakıda yeni tikilən metro stansiyası ilə bağlı AÇIQLAMA

2023-04-05 16:16:00

Bakıda yeni tikilən metro stansiyası ilə bağlı AÇIQLAMA

“Yeni stansiyanın tikintisi ilə bağlı işlər öz axarı ilə gedir. Dördüncü səviyyədə işlər davam edir. Tunellərdə də infrastrukturun qurulması ilə bağlı işlər aparılır”.

Hurriyyet.az xəbər verir ki, bu sözləri Baku.ws-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

Qurum rəsmisi əlavə edib ki, şərti adı “B-4” olan stansiyanın 2024-cü ilin sonu 2025-ci ilin ilk yarısında təhvil verilməsi planlaşdırılıb:

“Əgər inşaat işləri öz planı ilə getsə və qeyri-adi heç nə baş verməsə, təhvil verilmə prosesində problem olmayacaq”.