Bakıdan İrəvana avro köçürməsi: məbləğ rəsmən elan edildi
Azərbaycan aviaşirkətlərinin Ermənistan hava məkanından istifadə etməsinə görə rəsmi İrəvana ödənilən maliyyə vəsaitinin dəqiq miqdarı məlum olub.
Musavat.com xəbər verir ki, Ermənistanın Mülki Aviasiya Komitəsinin yaydığı rəsmi hesata əsasən, ötən 2025-ci il ərzində Azərbaycan tərəfi bu ölkənin hava məkanı üzərindən həyata keçirilən uçuşlara görə "Armaeronaviqasiya" şirkətinə ümumilikdə 434 min 316 avro (təxminən 800 min manatdan çox) vəsait ödəyib.
Ermənistan dövlət qurumunun rəsmi bəyanatında bu maliyyə əməliyyatının beynəlxalq hüquqi mexanizmlər çərçivəsində reallaşdırıldığı xüsusilə vurğulanıb.
Məlumatda qeyd olunur ki, sözügedən bütün ödənişlər "Avrokontrol" (Avropa Hava Naviqasiyası Təhlükəsizliyi Təşkilatı) beynəlxalq qurumunun mərkəzi ofisi vasitəsilə və mövcud olan müəyyən edilmiş rəsmi prosedurlara tam uyğun şəkildə həyata keçirilib.